Misli Premyer Liqasında bu gün XXVIII tura start veriləcək. 

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq. 

"Araz-Naxçıvan" saat 17:00-da "Turan Tovuz"la üz-üzə gələcək. 

Saat 19:30-da isə Zirədə yerli komanda "Neftçi"ni sınağa çəkəcək. 

Misli Premyer Liqası, XXVIII

 17 aprel (cümə)

17:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov

VAR: Fərid Hacıyev

AVAR: Rəhman İmami

Hakim-inspektor: Rəhim Həsənov 

AFFA nümayəndəsi: Emin Cəfərov

“SOCAR Polymer Arena”

19:30. “Zirə” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Anar Şıxəliyev

Zirə İdman Kompleksinin stadionu