"Qarabağ" Misli Premyer Liqasının 28-ci turunda "Sabah"la keçiriləcək oyunda iştirak etmək istəyən azarkeşlərinə müraciət edib.

Offsideplus.az xəbər verir ki, müraciətdə stadiona girişin biletlə olacağı bildirilir. Forma ilə gələn azarkeşlərə bilet hədiyyə olunur, amma bilet mütləq əvvəlcədən götürülməlidir. Xanım azarkeşlər üçün giriş pulsuzdur, lakin bilet əldə etmək vacibdir.

Biletləri 17-18 aprel tarixlərində Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından və klubun Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən fanşopundan əldə etmək mümkündür.

Qeyd edək ki, matç aprelin 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19:30-da start götürəcək.