"Real Madrid" klubunda "Bavariya"ya qarşı Çempionlar Liqası məğlubiyyətindən sonra daxili gərginliklər yaşanır.
Offsideplus.az xəbər verir ki, klubda hazırda baş məşqçidən futbolçulara qədər dəyişikliklər gözlənilir. "El Mundo" nəşrinin yaydığı məlumata görə, klubun prezidenti Florentino Perez Zinədin Zidanı komandaya qaytarmaq istəyir. Lakin Fransa Futbol Federasiyası artıq Zizu ilə razılıq əldə edib.
Vinisius-Mbappe-Bellinqem üçlüyü də toxunulmazlığını itirib. Bu oyunçular arasında klubu tərk edənlər ola bilər. "Bavariya"ya qarşı oyunun antiqəhrəmanına çevrilən Eduardo Kamavinqa da transfer siyahısına əlavə olunub.
"Kral klubu" eqolu futbolçuları idarə etməyi bacaran baş məşqçi axtarışındadır.


