"Real"ın futbolçusu Dani Sebalyos “Ayaks”a keçə bilər.
Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Niderland təmsilçisi 29 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Sebalyosun kral klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.
Qeyd edək ki, 2017-ci ildən “Real”da forma geyinən futbolçu cari mövsüm bütün yarışlarda 22 matçda meydanda olub.


