Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək "Andorra" ilə matçdan öncə mətbuat konfransında iddialı açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, baş məşqçi komandanın hazırlıq vəziyyətini yüksək qiymətləndirərək bunları qeyd edib:
"Üç gün əvvəl bu rəqib üzərində səfərdə gözəl oyunla qələbə qazandıq. Hesabı "Andorra" açsa da, əzmkar mübarizə apararaq istəyimizə çatdıq.
Qrupu yüksək pillələrdə bitirmək istəyiriksə, sabahkı matçda da mütləq qələbə qazanmalıyıq.
Rəqiblə bağlı bütün detalları komanda ilə müzakirə etmişik, lazımi məlumatları vermişik. Düşünürəm ki, qarşılaşmaya tam hazırıq."
Baş məşqçi sonda azarkeşlərə səslənərək, doğma meydan amilindən istifadə edib istənilən nəticəni qazanacaqlarına inandığını bildirib.
Qeyd edək ki, C liqasının 3-cü qrupu çərçivəsində keçiriləcək "Azərbaycan" – "Andorra" qarşılaşması aprelin 18-də baş tutacaq.
Məkan: "Bank Respublika Arena"
Saat: 17:00


