Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvləri Aytac Şərifova və Manə Mollayeva yığmada 50 oyun səddinə çatıblar. 

Offsideplus.az xəbər verir ki, DÇ-2027-nin seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Azərbaycan - Andorra oyunundan əvvəl millimizin üzvlərinə forma təqdim olunub. Gənclər və İdman naziri Fərid Qayıbov və AFFA-nın baş katibi Cahangir Fərəcullayev rəmzi formaları A.Şərifova və M.Mollayevaya təqdim edib. 

Qeyd edək ki, hazırda davam edən matçda yığmamız 2:0 hesabı ilə qalib gəlir.