Misli Premyer Liqasında XXVIII tura "Sumqayıt" - "Qəbələ" matçı ilə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, "kimyaçılar" bu görüşdə 11 oyunluq qalibiyyət həsrətinə son qoyub.

Görüşdəki yeganə qola Höccət Haqverdi imza atıb.

"Sumqayıt" 35 xalla 7-ci yerdədir. 19 xalı olan "Qəbələ" isə 11-ci yerin sahibidir.

Misli Premyer Liqası, XXVIII tur

19 aprel (bazar)

18:00 “Sumqayıt” 1:0 “Qəbələ”

Qol: Höccət Haqverdi (19')

Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə

VAR: Kamranbəy Rəhimov

AVAR: Əkbər Əhmədov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu