"Mançester Siti"nin yay transfer planları bəlli olub.
Offsideplus.az xəbər verir ki, bu barədə "Football Insider" portalı məlumata yayıb.
İngiltərə klubu gözləntiləri qarşılamayan Omar Marmuş və Ticani Reynderslə yolları ayırmağa hazırlaşır.
Hər iki futbolçu bu mövsüm kifayət qədər oyun şansı qazansa da, əsas heyətdəki yerlərini möhkəmləndirə bilməyiblər. Marmuş keçirdiyi 30 oyunda 9 (6 qol, 3 assist), Reynders isə 44 matçda 14 (7 qol, 7 assist) xalla yadda qalıb.
Qeyd edək ki, komandadan gedəcək oyunçular siyahısında Bernardu Silva və Con Stounz da var.


