Misli Premyer Liqasında XXVII turun görüşləri keçirilir.

Offsideplus.az xəbər verir ki, "Qarabağ" bu gün "Şamaxı"nın qonağı olub.

Görüşdə hesab açılmayıb - 0:0.

"Qarabağ" 56 xalla 2-ci yerdədir. Xalını 32 edən "Şamaxı" 7-ci yerə yüksəlib.

MPL, XXVII tur

11 aprel (şənbə)

15:30 “Şamaxı” – “Qarabağ” 0:0

“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 4. Sezar Enrike 44. David Santos 19. Abdullahi Şuaybu

Baş məşqçi: Ayxan Abbasov

“Qarabağ”: 99. Mateus Koxalski 30. Abbas Hüseynov 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli

VAR: Kamal Umudlu

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Şamaxı şəhər stadionu