Misli Premyer Liqasında XXVI tura bu gün yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma baş tutacaq.

Avrokuboklara getmək uğrunda mübarizə aparan "Turan Tovuz" Qubada "İmişli"nin qonağı olub.

Görüşdə heç-heçə qeydə alınıb - 1:1.

Tovuz təmsilçisi 49 xalla 3-cü yerdədir. 23 xala malik olan "İmişli" isə 9-cu yerin sahibidir.

7 aprel (çərşənbə axşamı)

15:00 “İmişli” – “Turan Tovuz” 1:1

Qol: Dioqo Kardozu, 45' - Mark Mampassi, 53

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, İslam Məmmədov

VAR: Nicat İsmayıllı

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Quba OİK stadionu