Misli Premyer Liqasında XXIII tura bu gün start veriləcək.

Offsideplus.az xəbər verir ki, açılış matçı Yevlaxda baş tutacaq.

"Karvan-Yevlax" "Sumqayıt"ı qəbul edəcək.

"Kimyaçılar" 6 oyundur qələbə qazana bilmir.

Onların son qələbəsi elə "Karvan-Yevlax"la oyuna təsadüf edir.

Yevlax təmsilçisi isə 20 matçdır qalibiyyətin nə olduğunu bilmir.

Onlar 7 xalla sonuncu - 12-ci yerdədir. "Sumqayıt"ın isə 31 xalı var.

Misli Premyer Liqası, XXIII tur

7 mart (şənbə)

15:00. “Karvan-Yevlax” - “Sumqayıt”

Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev

VAR: Fərid Hacıyev

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Asif Əliyev

Yevlax şəhər stadionu