Misli Premyer Liqasında XVII turun görüşləri keçirilir.
Offsideplus.az xəbər verir ki, günün ilk matçında avrokuboklar uğrunda mübarizə aparan iki komanda qarşılaşıb.
"Turan Tovuz" və "Sumqayıt" üz-üzə gəlib. Tovuz stadionunda yeniləmə işləri getdiyi üçün matç Sumqayıtda baş tutub.
Kurban Berdıyevin komandası görüşdən qələbə ilə ayrılıb - 2:1.
Tovuz təmsilçisi bu qələbə ilə xalını 30 edib. "Sumqayıt" isə 27 xalda qalıb.
Misli Premyer Liqası, XVII tur
25 yanvar (bazar)
16:00 “Turan Tovuz” 2:1 “Sumqayıt”
Qol: Hayderson Hurtado (13'), Rəhim Sadıxov (69') - Hayderson Hurtado (61' avtoqol)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


