"Kəpəz" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi Rəhman Hacıyev ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Hacıyev mövsümün ilk yarısında "Səbail" klubunda çıxış edib.


