Cek Della Maddalena - İslam Maxaçev döyüşünün tarixi məlum olub.
Offsideplus.az xəbər verir ki, görüş UFC322-də, noyabrın 15-də baş tutacaq.
CDM öz kəmərini qorumağa çalışacaq. İslam isə ikinci kəmərini qazanmağa.
Eyni gecədə Leon Edvards - Karlos Prates və Valentina Şevçenko - Beyli Çjan döyüşləri də olacaq.
Umar Nurmaqomedov - Mario Bautista görüşünün də tarixi müəyyənləşib. İki idmançı oktyabrın 25-də oktaqona çıxacaq.



