"UFC-də çəki dərəcələrinin sayını artırmaq lazımdırmı? Düşünürəm ki, hə".

Offsideplus.az xəbər verir ki, bu sözləri UFC-nin sabiq çempionu Belal Muhammad deyib.

O, öz YouTube kanalında danışarkən çəki dərəcələrinin artırılmasının zəruriliyini vurğulayıb: "Bir çoxları divizionlar arasında ilişib qalırlar. Əgər çəki dərəcələri çox olarsa, daha çox idmançı döyüşlərə qatılacaq. Özü də il ərzində bir neçə dəfə döyüşəcəklər".

Qeyd edək ki, hazırda UFC-də kişilər üçün 8 çəki dərəcəsi var: mininum (57 kq), ən yüngül (61 kq), yarımyüngül (65 kq), yüngül (70 kq), yarımorta (77 kq), orta (84 kq), yarımağır (93 kq) və ağır (120 kq) çəki.

Azərbaycanın hər üç UFC döyüşçüsü - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev yüngül çəkidə mübarizə aparır.