Andrea Pirlo İtaliya milli komandasının baş məşqçisi postuna gətirilməyəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb. İtalyalı mütəxəssisin BƏƏ-nin "Yunayted" klubu ilə müqaviləsinin ləğvi və milli ilə anlaşması üçün planlaşdırılan bütün görüşlər təxirə salınıb. Buna federasiya prezidenti Covanı Malaqonun təyinata razılıq verməməsi səbəb olub.
Məlumata görə, Pirlonun İtaliyada böyük rezonans doğuran Rusiya bukmeker şirkəti ilə əməkdaşlığı bu qərarda mühüm rol oynayıb.
Pirlonun gəlişi gerçəkləşməyəcəyi təqdirdə federasiyanın texniki direktoru Paolo Maldini və onun müşaviri Leonardonun istefa verəcəyi gözlənilir.


