UFC çempionu Aleks Volkanovski qarşıdakı döyüşdə Movsar Evloyevin bacarıqlarının ona qarşı təsirli olmayacağını bildirib.

Offsideplus.az xəbər verir ki, Volkanovski Evloyevin heç vaxt uduzmayan və kəmər uğrunda döyüşə layiq idmançı olduğunu vurğulayıb: "Evloyev necə qalib gəlməyi yaxşı bilir. O, heç vaxt məğlub olmayıb. Kəmər uğrunda döyüşə layiqdir və bu məni sevindirir, çünki ən yaxşılarla döyüşmək istəyirəm. Amma üslub baxımından bu mənim üçün əlverişli qarşılaşmadır. Başqa döyüşçülər üçün Evloyevlə döyüş pis seçim olardı. O, hərtərəfli inkişaf edib və çox şeyi bacarır. Bu, digər rəqiblər üçün problem yarada bilərdi, amma mənim üçün yox. Mənimlə 25 dəqiqəlik döyüşdə qalib gəlmək çox çətindir, xüsusilə də öz çəki dərəcəmdə. Düzdür, İslam Maxaçev məni məğlub edib, bunu qəbul edirəm, baxmayaraq ki, ilk döyüşümüz gərgin keçmişdi. Ümumiyyətlə, düşünürəm ki, heç kim məni 25 dəqiqəyə məğlub edə bilməz. Movsarın bacarıqlarına hörmət edirəm, amma onlar mənə qarşı effektli olmayacaq".

Movsar Evloyev isə bildirib ki, Volkanovski ilə döyüşdən sonra Avstraliyaya gedib birgə steyk bişirib yeməyi arzulayır.