UFC-nin ağır çəki üzrə müvəqqəti çempionu Tom Aspinall təşkilatdan ayrılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Aspinall heç bir müsahibəsində UFC-dən getmək niyyətində olduğunu demədiyini vurğulayıb və ona aid edilən sözlərin həqiqəti əks etdirmədiyini qeyd edib.
Offsideplus.az xəbər verir ki, Aspinall hazırda UFC nümayəndələri ilə gündəlik əlaqə saxladığını bildirib. O, "Onlar sizi bütün yeniliklərdən xəbərdar edəcəklər" deyə əlavə edib. Qeyd edək ki, Aspinall sonuncu dəfə oktaqona 2023-cü ilin oktyabrında çıxıb və onun növbəti döyüşü hələlik elan olunmayıb.


