2026/27 mövsümündə Çempionlar Liqasının ümumi mərhələsində çıxış edəcək bütün 36 klub müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, komandalar səbətlər üzrə aşağıdakı kimi bölünüb:

Birinci səbət: PSJ, "Bayern Münhen", "Real Madrid", "Liverpul", "İnter", "Mançester Siti", "Arsenal", "Barselona", "Atletiko".

İkinci səbət: "Borussiya Dortmund", "Roma", "Sportinq", "Aston Villa", "Portu", "Mançester Yunayted", "Brügge", "Betis", PSV.

Üçüncü səbət: "Feyenoord", "Lill", "Bude-Qlimt", "Napoli", "Leypsiq", "Vilyarreal", "Fənərbağça", "Şaxtyor", "Qalatasaray".

Dördüncü səbət: "Slaviya" (Praqa), "Ştuttqart", AEK (Afina), LASK, "Komo", "Lans", "Viking", "Sabah", "Slovan" (Bratislava).

Qeyd edək ki, Çempionlar Liqasının ümumi mərhələsinin püşkatması bu axşam keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.