UFC ulduzu İliya Topuriya verdiyi son müsahibədə, İslam Maxaçevlə gözlənilən döyüşün reallaşmamasının pərdəarxası məqamlarını paylaşıb.
Offsideplus.az xəbər verir ki, Topuriyanın sözlərinə görə, Castin Geyci ilə döyüşü təsdiqlənməzdən əvvəl ona ilk təklif olunan rəqib məhz Maxaçev olub.
Topuriya döyüşün elan olunmasına saatlar qaldığını bildirib:
"Dana Vayt döyüş kartını açıqlamaq üzrə idi. UFC-dən aldığım telefona görə İslamla dövüşəcəyimi bilirdim. Sonra yatmağa getdim, lakin gecə yarısı menecerim Malki və UFC-dən yüzlərlə zəng gəldi. Dedilər ki, İslam zədələnib və sən Castin Geyci ilə döyüşəcəksən."
İliya Topuriya baş verənlərdən dolayı məyus olmadığını, çünki bu vəziyyətin onun nəzarətindən kənar olduğunu qeyd edib. O, İslam Maxaçevlə oktaqonda üz-üzə gələcəyinə inandığını vurğulayıb:
"Düşünürəm ki, bir nöqtədə bu döyüş baş tutacaq. Ümid edirəm ki, ilin sonunda bu qarşılaşmanı ayarlaya bilərik."
Topuriya həm öz çəkisində, həm də yuxarı çəkilərdə dominantlığını sübut etmək niyyətindədir.
Bu açıqlama döyüş dünyasında böyük maraq yaradıb. Əgər bu döyüş baş tutarsa, bu, UFC tarixinin ən böyük "çempion çempiona qarşı" (superfight) qarşılaşmalarından biri ola bilər.


