UFC-də əsas suallardan biri İslam Maxaçevin növbəti rəqibinin kimliyi ilə bağlıdır.
Offsideplus.az xəbər verir ki, daha əvvəl bunun İen Qerri olacağı deyilirdi.
Lakin son xəbərlər rəqibin dəyişdiyi barədədir.
Artıq İslamla döyüşməyə əsas namizəd Maykl Moralesdir.
Maxaçev son olaraq ötən ilin noyabrında Cek Della Maddalenanı məğlub edərək orta çəkidə kəmərin sahibi olub.
M. Morales isə məğlubiyyətin nə olduğunu bilmir. O, 19 döyüşünün hamısında qələbə qazanıb.


