"Qarabağ" və "Qalatasaray" gənc qazaxıstanlı hücumçu - Hüseyn Qəmbərovu yaxından izləyir.

Offsideplus.az xəbər verir ki, "Xan Tenqri" klubunun 16 yaşlı futbolçusu Almatı Liqasının ən yaxşı forvardı seçilib.

Onun parlaq çıxışı hər iki klubun diqqətini çəkib.

Bu barədə "goalkz_official" məlumat yayıb.

Hazırda danışıqlar aparılır. Lakin futbolçunun yetkinlik yaşına çatmadığını nəzərə alaraq, o, inkişafını vətəni Qazaxıstanda davam etdirməyi və gələn təklifləri diqqətlə nəzərdən keçirməyi planlaşdırır.