PSJ-nin qapıçısı Bilal Laurendon "Sabah"a keçməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, onun Paris təmsilçisi ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.

O, bu yay azad agent kimi "bayquşlar"a qoşulacaq.

Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Bilal PSJ-nin aşağı yaş komandalarında çıxış edir. O, eyni zamanda Mərakeş yığmasının üzvüdür.