"Liverpul"un baş məşqçisi Arne Slot komandasının son dəqiqələrdə qol buraxmaq vərdişinin mövsümü iflasa uğratdığını etiraf edib.
Offsideplus.az xəbər verir ki, turnir cədvəlinin sonuncusu "Vulverhempton"a 2-1 hesabı ilə uduzan "qırmızılar" üçün bu məğlubiyyət növbəti sarsıntı olub.
"Liverpul" cari mövsüm Premyer Liqada 90-cı dəqiqədən sonra vurulan qollarla 5 oyun uduzub. Bu, yarışın tarixində bir mövsüm üçün antirekorddur.
Slot komandanın "ləng, proqnozlaşdırıla bilən və səliqəsiz" oynadığını bildirib. Kapitan Vircil van Deyk isə məğlubiyyətdə yalnız özlərini günahlandırıb.
Komandalar cümə günü İngiltərə Kubokunun 5-ci mərhələsində yenidən üz-üzə gələcəklər.


