Azərbaycanlı beynəlxalq dərəcəli hakim Asif Şirəliyev Albaniyanın paytaxtı Tiranada təşkil olunan "Muhamet Malo" turnirində fərqlənib.
Offsideplus.az xəbər verir ki, fevralın 25-dən martın 1-dək davam edən reytinq xarakterli yarışda ədaləti yüksək səviyyədə təmin edən I-S kateqoriyalı referimiz turnirin ən yaxşı hakimi adına layiq görülüb.
Bu münasibətlə Albaniya Güləş Federasiyasının prezidenti Sahit Prizreni həmyerlimizə xüsusi mükafat təqdim edərək onun peşəkar fəaliyyətini yüksək qiymətləndirib.


