Futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində D qrupunun son oyununda sabah Fransa yığması ilə üz-üzə gələcək. 

Offsideplus.az xəbər verir ki, futbolçu İbrahima Konate Bakıda jurnalistlər önünə çıxıb. O, sabahkı matç barədə bu sözləri səsləndirib: 

“Kapitan olub-olmayacağım bilmirəm, bunu baş məşqçidən soruşmaq lazımdır. Oyundan zövq almağa çalışacağıq. Fransanı təmsil etmək üçün bura gəlmişik. Məqsədimiz xal almaqdır. Fransadakı ilk oyunda Azərbaycan bizi müsbət şəkildə təəccübləndirdi. Oyunun nəticəsindən asılı olmayaraq artıq seçilmişik. Sabah bizim üçün katastrofik olsa da, nəticicələrə fokuslanmamalısınız. Biz Fransa xalqı qarşısında məsuliyyətlərimiz var, bunu təmin etməyə çalışacağıq".

"Liverpul"un formasını geyinən futbolçu Azərbaycan milli komandasında yer alan "Qarabağ" oyunçularına diqqət yetirib-yetirmədiyi barədə sualı cavablandırıb:

"Səmimi olacam, Azərbaycan - Fransa oyununda çətin anlar yaşadıq. Gələcək oyunlara fokuslanmırıq. Azərbaycan 3:0 uduzmasına baxmayaraq, yaxşı mübarizə apardı. Özlərini sabah göstərməyə çalışacaqlar. Biz də sabah xal qazanmağa çalışacağıq".

Qeyd edək ki, Azərbaycan - Fransa matçı 16 noyabr saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.