Kriştiano Ronaldu Dünya Kubokunun açılış matçını buraxa bilər. 

Offsideplus.az xəbər verir ki, o, aldığı qırmızı vərəqəyə görə minimum iki oyunluq cəza ilə üzləşəcək. Bu qərar qüvvəyə minərsə, Portuqaliya Dünya Kubokuna vəsiqə qazandığı halda ulduz futbolçu açılış matçında iştirak edə bilməyəcək.

Əgər Nizam-intizam komitəsi cəzanı üç oyuna yüksəltsə, Ronaldu turnirin ilk iki oyununu buraxacaq.