19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, yığmamız Sloveniyada keçirilən təlim-məşq toplanışı çərçivəsində islandiyalı həmyaşıdları ilə qarşılaşıb. Görüş “Preddvor” stadionunda Bakı vaxtı ilə saat 19:00-da başlayıb.
Matç futbolçularımızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.



