Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş media önünə çıxacaq.
Offsideplus.az xəbər verir ki, mətbuatı konfransı avqustun 29-da, saat 11:00-da AFFA-nın inzibati binasında təşkil olunacaq.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Mətbuat konfransında yığmanın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Reykyavikdə İslandiya və sentyabrın 9-da Bakıda Ukrayna yığmaları ilə oyunları üçün heyəti açıqlanacaq.



