Azərbaycan yığması bu gün “FIFA Series – 2026” turniri çərçivəsində Syerra Leone ilə üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, Sumqayıtda baş tutan görüş saat 19:00-da başlayıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.
Qonaqların heyətində Daniel Kanu 28-ci dəqiqədə fərqlənib. Rahil Məmmədov 72-ci dəqiqədə tarazlığı bərpa edib.
Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyi üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan Azərbaycan yığması turnirin qalibi olub.
Yığmamız 3 gün əvvəl Sent-Lusiyanı 6:1 hesabı ilə məğlub edərək tarixinin ən böyükhesablı qələbəsini qazanmışdı.
“FIFA Series – 2026”
30 mart
19:00. Azərbaycan 1:1 Syerra Leone (penaltilər: 9:8)
Azərbaycan: Aydın Bayramov, Elvin Bədəlov, Bədavi Hüseynov, Krivotsyuk, Qismət Alıyev, Aleksey İsayev, Emin Mahmudov, Emil Səfərov, Elvin Cəfərquliyev, Renat Dadaşov, Musa Qurbanlı
Baş məşqçi: Ayxan Abbasov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


