Azərbaycan millisi bu gün “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ilk oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Sent Lüsiya yığması ilə qarşılaşıb və 6:1 hesabı ilə qalib gəlib. 

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüşün startı hava şəraiti və yoldakı sıxlığa görə 10 dəqiqə gecikərək saat 19:10-da başlayıb. Oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edib.


“FIFA Series – 2026”

27 mart

19:00. Azərbaycan - Sent Lüsiya 6:1 
Qollar: Emin Mahmudov, 2. Rəhim Sadıxov, 21. Musa Qurbanlı, 36. Toral Bayramov, 64. Vüsal İsgəndərli, 86. Rüstəm Əhmədzadə, 89 - D.Filip, 52.-pen.

Hakimlər: Giorgi Kruaşvili, Levan Varamişvili, Giorgi Elikaşvili, Koba Revazaşvili (Gürcüstan)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu