Argentina və İspaniya arasında keçiriləcək Finalissima matçının Qətərdə baş tutmayacağı bildirilib.
Offsideplus.az xəbər verir ki, UEFA və CONMEBOL rəsmiləri bu həftə görüş keçirəcək və yekun qərarın 48 saat ərzində açıqlanması gözlənilir.
Hazırda əsas namizəd şəhər kimi London ön plana çıxır. Bundan başqa, Milan və Roma da mümkün ev sahibləri siyahısındadır.


