Monteneqro millisinin baş məşqçisi Faruk Hadcibegiç UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sabah Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Lalyak-İliç” stadionunda keçiriləcək Azərbaycanla oyun öncəsi fikirlərini bildirib.
Offsideplus.az AFFA-ya istinadən.az xəbər verir ki, mətbuat konfransında bunları deyib:
Məqsədimiz qrup lideri olmaqdır. Oyun hər iki komanda üçün çətin keçəcək. Çünki hər iki komanda bu arenanı tanımır, ilk dəfə meydana çıxacaq. Monteneqro coğrafi cəhətdən Xorvatiyaya daha yaxın olsa da, bunun bizə üstünlük verəcəyini düşünmürəm. Bizə problem yaradacaq ən əsas məsələ Azərbaycan millisinin nümayiş etdirəcəyi futbolun keyfiyyətidir”.



