“Barselona” hücumçu axtarışına start verib.
Offsideplus.az ESPN - ə istinadən xəbər verir ki, klub “İnter”in futbolçusu Lautaro Martinesi transfer siyahısına daxil edib.
Kataloniya təmsilçisi 28 yaşlı argentinalı forvardı tezliklə heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, Martinesinin 2029-cu ilin yayına qədər “İnter”lə müqaviləsi var. Futbolçu cari mövsümdə bütün turnirlərdə çıxdığı 17 oyunda, 10 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.



