"Real Madrid" bir qədər əvvəl La Liqada "Atletik Bilbao" klubunun qonağı olub.

Offsideplus.az xəbər verir ki, madridlilər görüşdən 3:0 hesablı qələbə ilə ayrıldılar.

Oyunda onların heyətindən Trent Aleksandr Arnold və Eduardo Kamavinqa zədələndilər. 

Onların son zədələri ciddi qiymətləndirilir.

Trent Aleksander-Arnold – sol bud nahiyəsindən zədələnib.

Eduardo Kamavinqa – sol topuq (ayaq biləyi) travması ilə meydanı tərk edib.

Hər iki futbolçunun dəqiq bərpa müddəti hələ açıqlanmasa da, klub daxilində narahatlığın böyük olduğu bildirilir.

Klubun həkim heyətinin geniş müayinədən sonra yaxın günlərdə rəsmi açıqlama verməsi gözlənilir.