La Liqada XV tura start verilib.
Offsideplus.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Barselona" Madrid "Atletiko"sunu qonaq edib.
Görüşdə hesabı qonaqlar açıb. Alexandro Baena fərqlənib.
Katalon klubu ilk hissədəcə Rafinya ilə status-kvonu bərpa edib.
Fasilədən sonra Dani Olmo və Ferran Torresin qolları "blauqrana"ya qələbə gətirib - 3:1.
"Barselona" bu qalibiyyətlə xalını 37-yə yüksəlib və liderliyini davam etdirib.
"Atletiko" isə 31 xalla 4-cü yerdədir.



