"Barselona" bu gün La Liqanın XV turunda "Atletiko"nu qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, "blauqrana" bu oyuna ciddi itki ilə çıxmalı olacaq.
Frenki De Yonq bu görüşdə iştirak edə bilməyəcək.
Xəstələnən niderlandlı yarımmüdafiəçi bu oyunu buraxacaq.
Qeyd edək ki, "Barselona" - "Atletiko" oyunu bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.



