"Real Madrid"də son günlər komanda içindəki atmosferin nəzərəçarpacaq dərəcədə yaxşılaşdığı bildirilir.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Xabi Alonso son iki gün ərzində bir neçə oyunçu ilə fərdi və kiçik qrup halında görüşlər keçirib.

Məlumata görə, Alonso 3–4 nəfərlik qruplarla söhbətlər apararaq futbolçuları daha yaxşı anlamağa çalışıb. Komanda üzvləri onun bu addımını yüksək dəyərləndirib və ümumi mühitin müsbət istiqamətdə dəyişdiyi qeyd olunur.