Robert Levandovski "Barselona"da “ət və balıqsız” menyuya təəccüblənmişdi.

Offsideplus.az xəbər verir ki, 2022-ci ildə Robert Levandovski rəhbərliyin xərcləri azaltmaq məqsədilə menyudan tamamilə ət və balığı çıxardığını öyrənəndə böyük təəccüb yaşamışdı.

Transfer olunduqdan sonra komanda ilə birlikdə Floridadakı hazırlıq düşərgəsinə qatılan futbolçu ilk yeməyində nə ət, nə də balıq görəndə heyrətlənmişdi.

Aşpaz ona klubun pul qənaəti məqsədilə belə addım atdığını izah etmişdi.

Levandovski sərt reaksiya verməsə də, bu vəziyyətdən çox təəccüblənmişdi; xüsusilə də yemək mövzusunda çox seçici olduğu və yeməyin keyfiyyətini dərhal fərq etdiyi üçün pis olmuşdu.

Daha sonra "Barselona" menyuya yenidən ət və balıq seçimlərini əlavə etmişdi.