"Real Madrid" heyətini yarımmüdafiəçi ilə gücləndirəcək.

Offsideplus.az xəbər verir ki, klub və Niko Paz arasında şəxsi şərtlər demək olar ki, razılaşdırılıb

Rəhbərlik gələcək mövsümlər üçün daha bir gənc istedadla anlaşmaya yaxınlaşır. Son məlumatlara görə, klubla Niko Paz arasında şəxsi şərtlər demək olar ki, tam razılaşdırılıb.

Gənc futbolçunun özü də qərarını verib — Onun üçün yeganə seçim "Real Madrid"dir və o, digər klublardan gələcək təklifləri gözləmək istəmir.

Əgər gözlənilməz bir dəyişiklik baş verməsə, Niko Paz 2026/2027 mövsümündən etibarən" Real" futbolçusu olacaq.