Lionel Messinin "Barselona"ya qayıdacağı təqdirdə kataloniya klubunun mümkün qazancı bəlli olub.

Offsideplus.az xəbər verir ki, klubun cəmi bir il ərzində 200 milyon avroya yaxın gəlir əldə edə biləcəyi proqnozlaşdırılır. Bu göstərici "İnter Mayami" kapitanının misilsiz kommersiya dəyəri ilə izah olunur.

Hətta qısamüddətli icarə variantının belə 100 milyon avroya yaxın gəlir gətirə biləcəyi bildirilir.

Hazırda tərəflər arasında bu istiqamətdə danışıqlar olmasa da, azarkeşlər bu transferin baş tutmasını arzulayır.