“Real Madrid”də narazılıq: Federiko Valverde Xabi Alonsonun fikirlərindən razı deyil.

Offsideplus.az xəbər verir ki, İspaniya mətbuatının məlumatına görə, “Real Madrid”in uruqvaylı yarımmüdafiəçisi Federiko Valverde baş məşqçi Xabi Alonsonun komanda ilə bağlı mesajlarından və idarəetmə tərzindən tam razı deyil.

Futbolçunun, xüsusilə də baş məşqçinin tələbləri və oyun fəlsəfəsi ilə bağlı bəzi narahatlıqları olduğu bildirilir.

Məlumata görə, bu fikir ayrılıqları gələcəkdə futbolçunun klubdakı mövqeyinə təsir göstərə bilər.