"Real Madrid"in hücumçusunun yeni klubu bəlli olub.
Offsideplus.az xəbər verir ki, söhbət gənc hücumçu Endrikdən gedir. Braziliyalı hücumçu yanvar ayında Fransanın "Lyon" klubuna icarə əsasında keçəcək.
Məlumata görə, bu həftə aparılan görüşlər nəticəsində yanvar-iyun dövrünü əhatə edən icarə müqaviləsi üzrə razılıq əldə olunub. Həm "Real Madrid" həm də "Lyon" artıq müqavilənin şərtlərini mübadilə edir və ilin sonunda imzalanması planlaşdırılır.
Tərəflər razılaşmanı artıq həyata keçirilmiş hesab edirlər.



