İspaniyanın "Barselona" klubu hücum xəttini gücləndirmək üçün böyük transfer əməliyyatına start verir.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi Ferran Torresin "Pari Sen-Jermen"ə (PSJ) gedişindən sonra yaranan boşluğu "Arsenal"ın isveçli hücumçusu Viktor Qyökeres ilə doldurmağı planlaşdırır.

​"Barselona" yaxın saatlar ərzində 28 yaşlı hücumçunun transfer şərtlərini öyrənmək üçün London klubu ilə birbaşa əlaqə saxlayacaq.

​Əsas təfərrüatlar:

​Ferran Torresin satışı: Dünya Çempionatının qalibi olan İspaniya millisinin hücumçusu 50 milyon avro qarşılığında PSJ-yə transfer olunub.

​Qyökeresin göstəriciləri: Geçən mövsümün əvvəlində "Sportinq"dən "Arsenal"a keçən isveçli hücumçu topçuların heyətində çıxdığı 55 rəsmi matçda 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

​Alternativ axtarışları: Xulian Alvares transferində "Atletiko Madrid"in sərt mövqeyi ilə qarşılaşan Kataloniya klubu diqqətini tam olaraq Qyökeresə yönəldib.