“Barselona”nın əfsanəsi Serxio Buskets doğma klubuna geri dönüb.
Offsideplus.az xəbər verir ki, ispaniyalı keçmiş futbolçu “Barselona B” komandasının məşqçilər heyətinə qoşulub.
O, baş məşqçi Juliano Bellettinin texniki köməkçisi vəzifəsini icra edəcək.
Karyerasını ABŞ-nin “İnter Mayami” klubunda başa vuran 38 yaşlı mütəxəssis “Barselona”nın heyətində 15 mövsüm keçirib, 35 titul qazanıb.
O, həmçinin İspaniya millisinin heyətində dünya (2010) və Avropa (2012) çempionu olub.


