​"Real Madrid" "Alaves" üzərində 2-1 hesablı qələbə qazansa da, matçın sonu bayram deyil, əsl gərginliklə yadda qaldı.

Offsideplus.az xəbər verir ki, Oyunun final fiti səslənən an otadionda bu mövsümün ən güclü etiraz dalğası yaşandı. Azarkeşlərin tribunaları bürüyən fit səsləri qələbə sevincini tamamilə kölgədə qoydu.

​Oyunun ən çox müzakirə edilən fiquru isə komandanın ulduzu Kilian Mbappe oldu. Görüşün son dəqiqələrində fransız hücumçunun meydandakı hərəkətsizliyi və demək olar ki, yan xəttə "yapışaraq" matçın bitməsini gözləməsi diqqətdən qaçmadı.

​Gərginliyin pik nöqtəsi isə final fitindən dərhal sonra yaşandı:

​Mbappe komanda yoldaşlarının və azarkeşlərin reaksiyasını gözləmədən meydanı tərk edən ilk oyunçu oldu.

​O, heç kimlə salamlaşmadan birbaşa paltardəyişmə otağına yollandı.

​Ulduz futbolçunun bu "soyuq" davranışı azarkeşlərin ona olan qəzəbini daha da artırdı.

​Hər nə qədər komanda 3 xal qazansa da, "Real Madrid" azarkeşləri həm Çempionlar Liqasındakı uğursuzluqdan, həm də komandanın son vaxtlar nümayiş etdirdiyi ruhsuz oyundan bezmiş görünürlər. "Alaves" qarşısında son dəqiqələrdə buraxılan qol və komandanın ümumi performansı "Bernabeu" sakinləri tərəfindən kəskin etirazla qarşılandı.

​Ekspertlər bu hadisəni klub daxilindəki gərginliyin və ulduz futbolçularla azarkeşlər arasındakı qopuqluğun ən bariz göstəricisi kimi qiymətləndirirlər.