Türkiyəli güləşçi Rıza Kayaalp Avropa çempionatlarında növbəti böyük zəfərinə imza atıb. 

Offsideplus.az xəbər verir ki, təcrübəli idmançı 13-cü dəfə qitənin ən güclüsü olaraq əfsanəvi Aleksandr Karelinin rekordunu qırmağı bacarıb.

​Kayaalpın qazandığı bu tarixi uğurla bağlı önəmli faktlar:

13-cü qızıl medalını qazanan Rıza Avropa çempionatı tarixində ən çox çempionluq yaşayan güləşçi adını təkbaşına ələ keçirib.

​O, 2010, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019, 2021, 2022, 2023 və son olaraq 2026-cı illərdə Avropanın zirvəsinə yüksəlib.

​Bu qələbəyə qədər rekord Rıza ilə yanaşı, 12 çempionluqla məşhur rusiyalı güləşçi Aleksandr Karelinə məxsus idi.