"Kəpəz" klubu akademiyasının iki futbolçusu ilə peşəkar müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, Rauf Isaqov və Şahnur İsmayılov 2029-cu ilin yayına qədər nəzərdə tutulmuş sözləşməyə imza atıb.

Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

16 yaşlı Raul hücumameyilli yarımmüdafiəçidir. 19 yaşlı Şahnur isə yarımmüdafiə xəttində oynayır.