Ziraat Türkiyə Kubokunun 1/4 final mərhələsində "Tümosan Konyaspor" öz meydanında "Fənərbağça"nı qəbul edib.

Offsideplus.az xəbər verir ki, gərgin keçən qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

​Oyunun əsas vaxtında qol səsi çıxmasa da, qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub.

"Konyaspor" uzatma dəqiqələrində qazandığı penaltini dəqiq yerinə yetirərək "Fənərbağça"nı 1:0 hesabı ilə məğlub edib və adını yarımfinala yazdırıb.

​Bu qələbə ilə yarımfinala yüksələn "Konyaspor"un növbəti rəqibi hələ bəlli deyil. 

Komanda final yolunda "Beşiktaş" – "Korendon Alanyaspor" cütünün qalibi ilə qarşılaşacaq.