"Taktiki cəhətdən hazırda oyunu təhlil etmək çətindir”.

Offsideplus.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas deyib.

Mütəxəssis Bakıda Bolqarıstanın "Levski" komandasına  qarşı keçirdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu (0:2) ilə bağlı fikirlərini bölüşüb:

“Əvvəlcə, rəqibi növbəti mərhələyə keçməsi münasibətilə təbrik edirəm. Hazırda çox şey deyə bilmirəm. Əgər hər iki oyunda fərqlənə bilməmişiksə, deməli, rəqib növbəti mərhələyə keçməyə daha çox layiqdir. Bu gün stadiona gələn azarkeşlərə təşəkkür edirəm. Sözün əsl mənasında onların dəstəyini hiss etdik. Stadionda çox gözəl atmosfer yaratmışdılar.

İnkişaf etməyimiz üçün çox şey etməliyik. Bugünkü oyunun birinci hissəsini təhlil etsəniz görərsiniz ki, xətlərarası oyunçularımız necə açılırdı. Rəqib risk etmirdi, ancaq biz daha çox risk etməliydik.

Biz həqiqətən də çox məyus olmuşuq. Ancaq bu məyusluğu unutmalıyıq. Sabahdan etibarən çempionat haqqında düşünməyə başlamalıyıq”.

Qeyd edək ki, "Sabah" - "Levski" matçı qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.